Azərbaycan Premyer Liqasında 24-cü turun iki oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq. “İnter Arena”da keçiriləcək “İnter” – “Simurq” (saat 15:00) və Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması (saat 17:00) “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bundan əlavə, “Xəzər Lənkəran” – “Bakı” matçı birincilərin klub TV-si vasitəsi ilə canlı yayımlanması gözlənilir.