İdman

Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının başlama saatları

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib. 

Idmanxeber.com-un məlumatına görə, tura Gəncədə start veriləcək və Zirədə yekun vurulacaq. “Sumqayıt” və “Qarabağ” komandaları arasında “Kapital Bank Arena”da keçiriləcək mərkəzi görüş martın 3-də saat 18:30-da başlanacaq. Bu oyundan heç də az əhəmiyyət kəsb etməyən “Qəbələ” – “Neftçi” qarşılaşması isə ertəsi gün saat 15:30-a təyin olunub. 

Azərbaycan Premyer Liqası, XVIII tur

3 mart

15:00. “Kəpəz” – “Səbail” 

Gəncə şəhər stadionu

18:30. “Sumqayıt” – “Qarabağ”

Sumqayıt, “Kapital Bank Arena”

4 mart

15:30. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu

18:00. “Zirə” – “Keşlə”

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43