Azərbaycan Premyer Liqasının 22-ci turunun iki oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları 15 fevralda keçiriləcək. Həmin gün baş tutacaq 4 oyundan yalnız ikisi – “Qəbələ” – “Neftçi” (saat 15:00) və “Qarabağ” – “Simurq” (saat 17:00) matçları “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
“İnter” – “Bakı” matçının “İnter TV”-dən canlı yayımlanması gözlənilir.