İdman

Azərbaycan Premyer Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turun oyunları 1 dəqiqəlik sükutla start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, sabahdan başlayacaq oyunlar öncəsi Peşəkar Futbol Liqası belə bir qərar qəbul edib. Gəncədə startı götürəcək 18-ci turun açılış matçında “Kəpəz” “Səbail”i qəbul edəcək. Eyni gündə “Sumqayıt” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək.

Ertəsi gün isə “Qəbələ” – “Neftçi” və “Zirə” – “Keşlə” oyunları baş tutacaq.

Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43