Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün püşkünün atılacağı vaxt bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, yeni mövsümün püşkü iyulun 18-də atılacaq.
Tədbirə Premyer Liqada çıxış edəcək 10 klubun rəsmiləri və jurnalistlər dəvət olunacaqlar.
Bundan əlavə həmin gün ötən mövsümün aprel və may aylarının ən yaxşı futbolçuları, ən yaxşı qolun müəllifləri, həmçinin ayın oyunçusunu düzgün tapan jurnalistlərin mükafatlandırılması gözlənilir.