Azərbaycan Rusiya və Ermənistan prezidentləri bu gecə Soçidə sambo üzrə beynəlxalq turniri izləyiblər.
Turnirdə fəxri qonaqlar qismində Rusiyanın baş naziri Dmitri Medvedev, baş nazirin müavinləri Arkadiy Dvorkoviç və Dmitri Kozak, Soçi-2014 Olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri vəzifəsini tutmuş Jan Klod Killi, ikiqat olimpiya çempionu Aleksey Voyevoda, boks üzrə olimpiya çempionu Aleksandr Povetkin və bir sıra idman federasiyalarının rəhbərləri iştirak ediblər.