Antalyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının bu gün Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə keçirəcəyi yoldaşlıq matçının hakimləri müəyyənləşib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq oyunu Belarusdan olan hakimlər idarə edəcək.
Matçın baş hakimi vitali Sevostyanik olacaq. Ona Sergey Qidreviç və Yevgeni Yuçeviç köməklik edəcəklər.