Avropa
Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”i “Atletik Bilbao” klubu qarşılaşacaq.
İdmanxeber.com-un
məlumatına görə, “Atletik Bilbao”nun
futbolçusu Xavyer Eraso oyun haqqında danışıb :
“Azərbaycan təmsilçisi
elə komandadı ki, bizim səhvimizi bağışlamaz. Baş məşqçimiz tərəfindən bizə
rəqiblə bağlı xəbərdarlıq edilib. “İnter”i yaxşı təhlil etmişik. Bilirik ki,
çox ciddi rəqibdi. Səbirsizliklə ilk qarşılaşmanı gözləyirəm. Çünki bu oyun
mənim üçün də “Atletik Bilbao”ya dönüşümdən sonra ilk matçdı. Yenidən “San
Mames”də meydana çıxmaq istəyirəm. Baş məşqçimiz mənə şans versə, “İnter”lə
qarşılaşmada əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, “Atletik
Bilbao”ilə “İnter” arasında ilk oyun iyulun 30-da “San Mames”
stadionunda baş tutacaqdır.