22 iyul – Milli Mətbuat günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası jurnalistlər arasında “Media Kuboku” adı altında velosiped yarışı təşkil edəcək.
İdmanxeber.com-un məlumatına görə, iyulun 23-də, səhər saat 10:00-da Veloparkda start götürəcək yürüşdə təkcə idman jurnalistləri yox, həmçinin digər sahələrdən yazan müxbirlər, eləcə də fotoqraf və videooperatorlar da iştirak edə bilər.
Qeydiyyat iyulun 23-də, səhər saat 09:00-da Veloparkda başlanacaq. Velosipedi və baş geyimi olmayan iştirakçılar müvafiq ləvazimatlarla təmin olunacaq. Yarışda ilk 3 yeri tutmuş iştirakçılar AzVİF tərəfindən qiymətli hədiyyələrlə təltif ediləcək.
“Media Kuboku”nda iştirak etmək istəyən mətbuat nümayəndələrindən xahiş olunur ki, iyulun 22-dək şəxsiyyət və iş vəsiqələrinin surətini, həmçinin əlaqə nömrələrini [email protected] ünvanına göndərsinlər. Maraqlananlar (012) 5667488 nömrəli telefona zəng edərək mətbuat xidməti ilə əlaqə saxlaya bilər.