Ölkə futbolu

“Azərbaycan yığmasını məğlub edə bilmiriksə,..”

“DÇ-2014” seçmə mərhələsi çərçivəsində doğma azarkeşlər önündə Azərbaycan millisi ilə bərabərə qalan (1:1) İsrail yığmasının futbolçusu Eren Zahavi ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib. 

O, nəticəyə görə, xəcalət çəkdiklərini bildirib.

“Biz yaxşı oynamadıq. Bu üzdən bağışlanmağa haqqımız çatmır. Biz daha üstün oynadıq. Ancaq bundan yararlana bilmədik. Azərbaycanla hər 2 oyunda heç-heçə etmək utandırıcı haldı. Əgər biz belə komandaları məğlub edə bilmiriksə, onda biz mundialda oynamağa doğrudan da layiq deyilik. Sizin yığmada bəzi futbolçular var ki, qələbə üçün əllərindən gələni etdilər. Bu istək üzündən komandanız bizdən xal qopara bildi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43