25 Dekabr 2024
Kateqoriyasız

“Azərbaycana uduzduğumuz üçün xəcalət çəkirəm”

“Açığı, Azərbaycana uduzmağımıza inanmağım gəlmir. Xüsusilə də 0:3 hesablı məğlubiyyətə inanmaq çətindir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Rusiyanın U-21 yığmasının futbolçusu Andrey Panyukov deyib.

Futbolçu Bakıda yığmamıza məğlub olduqları (0:3) üçün xəcalət çəkdiyini bildirib:

“Bu məğlubiyyətə görə xəcalət çəkirəm. Deməyə söz tapa bilmirəm. Hamımız şokdayıq. Rəqibin iki qol epizodu və təyin olunan penalti zərbəsi 3 qolla nəticələndi. Bizim də qol imkanlarımız oldu, ancaq bundan yararlana bilmədik. Bu məğlubiyyətə görə bizi tənqid edirlər. Haqlıdırlar da. Çünki Farer adaları ilə görüşdə pis oynadıq. Azərbaycana isə uduzduq. Lakin bütün günahı gənc futbolçuların üzərinə yıxmaq olmaz. Çünki komanda olaraq uduzduq”. 
Qeyd edək ki, Rusiya yığması seçmə mərhələdə keçirdiyi 4 oyunun 3-də məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43