Milli komanda

“Azərbaycanda insanlar artıq Rusiyadakı dünya çempionatı üçün bilet bron edirlər”

“Mən təbii ki, eyforiyaya qapılmıram. Gələn ay keçiriləcək Şimali İrlandiya ilə oyunu düşünürük. İstəyirik ki, tarix yazmağa davam edək. Azərbaycanda insanlar artıq Rusiyadakı dünya çempionatı üçün bilet bron edirlər. Biz onlara milliyə olan inamı qaytardıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi açıqlamada ən çətin qruplardan birində mübarizə apardıqlarını bildirib, Şimali İrlandiya ilə oyunda rəqibin favorit olduğunu söyləyib:

“Buna görə də heç nə deyə bilmərəm. Qarşıda uzun yol var. Biz çalışmalara davam etməliyik. Bu, sadəcə ilk addımdır. Hər növbəti oyun daha çətin olacaq. İndi rəqiblərimiz daha çox bizim haqda düşünəcəklər

Onlar “Avro-2016″nın finalında oynayıblar. Rəqbin bir çox oyunçusu İngiltərə klublarında çıxış edir. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. İstəyirik ki, bu “nağıl” davam etsin. Bu, çətin olacaq, ancaq mümkünsüz heç nə yoxdur”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43