23 Dekabr 2024
Kateqoriyasız

Azərbaycanda stadionun tribunasının dam örtüyü çökdü

Güclü qar çovğunu Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olub. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə APA-nın Qarabağ müxbiri xəbər verib.

1500 nəfərlik tribunanın çardağı tamamilə uçub.

Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.

“Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən, yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq , yenidən təmir işləri aparılır”, – deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43