1930-cu ildən rayon statusu alan Yardımlıda bu günədək futbol klubu olmayıb.
İdmanxeber.com-un məlumatına görə, artıq bu boşluq doldurulub.
Belə ki, rayonda ilk dəfə futbol klubu yaradılıb. Həvəskarlar liqasında rayonu təmsil edəcək klub “Dinamo” adlanacaq.
Komandanın baş məşrçisi Fəryaz İbayevdi. Ona Nicat Əlişovla Nazim Tanrıverdiyev kömək edir.
Qeyd edək ki, klub Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun təşəbbüsü ilə yaradılıb.