Kateqoriyasız

“Azərbaycandan hər şey gözləyirdik” – İtaliya millisinin 3-cü qolunun müəllifi

İtaliya millisinin üzvü Matteo Darmian yığmamızla oyundna danışıb.

İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″nın seçmə mərhələsi çərçivəsində millimizə 3:1 hesabı ilə qalib gələn İtaliya millisinin 3-cü qolunun müəllifi Darmian qələbəyə görə sevindiyini bildirib:

Bu oyunun çətin olacağını bilirdik. Azərbaycan 4 oyun idi uduzmurdu. Oyundan əvvəl bir az qorxu var idi bizdə. Əsas odur ki, 3 xalı qazandıq və Avropa çempionatına gedirik. Buna görə çox sevincliyik. Bilirdik ki, Azərbaycan qol vura bilər, hər şey gözləyirdik. Ancaq biz cavab qolundan sonra özümüzü topladıq və 2-ci qolu vurduq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43