23 Oktyabr 2024
Kateqoriyasız

Azərbaycanı Rusiyaya dəyişən azərbaycanlı: “Qarabağ”ın oyunu maraqlı gəlirdi”

“Qarabağ”la oyun mənim üçün böyük maraq kəsb edirdi. Bu komandanın necə oynadığını görmək istəyirdim. “Qarabağ” çox xoşuma gəldi. Topa yaxşı nəzarət edirdilər və onların heyətində fərdi olaraq güclü futbolçular var”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zenit”in Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev “Qarabağ”a uduzduqları yoxlama oyunundan (0:1) sonra klubun televiziyasına açıqlamasında deyib.  

Rusiya millisində oynamağı seçən azərbaycanlı futbolçu “Qarabağ”ın oyunlarını izlədiyini bildirib:

“Qarabağ” hər zaman avrokuboklarda oynayırlar. Ötən mövsüm də onların Avropa Liqasındakı bəzi oyunlarını izlədim”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43