19 Fevral 2025
Ölkə futbolu

Azərbaycanı sevincə qərq edən futbolçu: “Onlar bizdən qorxsun”

“Qarabağ”ın Hollandiya səfərində “Tvente”ni məyus edən futbolçusu Muarem Muarem qazanılan zəfərdən danışıb.

Makedoniyalı futbolçu idmanxeber.com-a açıqlamasında iddialı danışıb:

“Əslində gözləmədiyimiz bir şey oldu. Əlbəttə, biz ora qrupa düşmək üçün getmişdik. Bundan böyük sevinc ola bilməz. İnanırdıq, bacardıq. Bugün qrup mərhələsindəki rəqiblərimiz də bəlli olacaq. Artıq bizim üçün hansı rəqibin bizə düşməsi fərq etməz. Biz öz gücümüzə inanırıq. Biz yox, qoy bizə rəqib olacaq rəqiblər bizdən qorxsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43