Ölkə futbolu

“Azərbaycanla oyuna ciddi hazırlaşırıq”

Estoniya millisinin üzvü Rimo Hunt yerli mətbuata açıqlama verib.

Təcrübəli futbolçu  Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq oyunu barədə bunları deyib:

“Komandamızda hər şey qaydasındadır. Klubumun son uğurlu çıxışlarından  sonra özümü  rahat və azad hiss edirəm. Ancaq milli komanda olaraq rahatlaşa bilmərik. Çünki bizi Azərbaycan yığması ilə yoldaşlıq oyunu gözləyir. Azərbaycan yığması haqda eşitmişəm, rəqibimizin oyunlarını izləmişik. Onu deyə bilərəm ki, Azərbaycan və Lixtenşteyn yığmaları ilə keçirəcəyimiz yoldaşlıq oyunları bizə fayda verə bilər. Yoldaşlıq oyunu olmasına baxmayaraq, görüşə ciddi yanaşırıq. Həm də biz doğma azarkeşlər önündə oynayacağıq. Buna görə, yaxşı nəticə qazanmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43