Maqazin

Azərbaycanlı dünya çempionu öldü- səbəb narkotik?

Azərbaycanın güləş üzrə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.

İdmanxeber.com azvision.az-a istinadən xəbər verir ki, bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu bildirilir. Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.

Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov isə idmançının uzun müddət davam edən xəstəlikdən vəfat etdiyini deyib.

Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Onun idman nailiyyətlərinə gəlincə, Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998), Yeniyetmələr arasında Dünya çempionu (Danimarka-1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002) olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43