“Kahramanmaraşspor”dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan azərbaycanlı futbolçu Murad Axundzadə yenidən Türkiyədə top qova bilər.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, PTT birinci liqa təmsilçisi “Adanaspor” futbolçumuzun xidmətində maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar gedir. Bu barədə saytımıza Axundzadənin özü məlumat verib.