Rəvan”dan ayrılan Azərbaycan millisinin sabiq üzvü Fərid Quliyev özünə yeni komanda tapıb.
İdmanxeber.com-un məlumatına görə, hücumçu Türkiyə Regional Həvəskar Liqasının 6-cı qrupunda mübarizə aparan “Yozqatspor 1959” klubuna keçib. Quliyev mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Azərbaycan yığmasında 1 qol vurmuş Fərid Quliyev “Rəvan”dan əvvəl “Bakı”, “Qarabağ”, “Standard”, “Neftçi” və “Sumqayıt” klublarının da formasını geyinib