Ölkə futbolu

Azərbaycanlı futbolçular izləsin!: Reynaldo fərqi – FOTO + VİDEO

"Qarabağ"ın aparıcı üzvü Reynaldo növbəti maraqlı addımı ilə rəğbət qazanıb.

İdmanxeber.com-un məlumatına görə, ötən gün İdman Akademiyasının stadionunda "Xəzər Lənkəran"ın məşqi bitdikdən sonra "Qarabağ" hazırlıq keçməli idi.

Ağdam klubunun futbolçuları tez gəldiklərindən Cənub komandasının məşqini hərəsi bir yerdə oturmaqla izləyib. Lakin "Qarabağ"ın milliləşdiriləcəyi deyilən futbolçusu Reynaldo boş qalmayaraq digərlərindən fərqli məşq etməyə başlayıb. O, 15 dəqiqəlik gözləmədənsə ətrafda topla oynayan iki uşağa yaxınlaşaraq onlarla oynamaq istədiyini bildirib və "yox" cavabı eşitməyib.

Reynaldonun bu hərəkəti həqiqətən də alqışlanasıdı. Hər halda biz yerli oyunçuların timsalında çox nadir hallarda bu cür addımları görürük.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43