05 Fevral 2025
Kateqoriyasız

Azərbaycanlı hakimlər Xorvatiyanın oyununda

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda noyabrın 11-də keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. 

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq. 

Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43