Azərbaycanlı iş adamlarından biri Moldovanın “Saksan” klubunu himayəsinə götürə bilər.
İdmanxeber.com-un məlumatına görə, “Saksan”ın prezidenti Qriqori Kadınov açıqlamasında adıni hələ ki, məxfi saxladığı biznesmenin iranlı və türkiyəli ortaqlarıyla birgə komandaya sərmayə yatıracağını deyib.
Kadınov bildirib ki, tərəflər ortaq məxrəcə gəlsə, azərbaycanlı iş adamı klubun sahibi yox, sponsoru olacaq.
Qeyd edək ki, komanda hazırda Moldova çempionatında 10-cu yerdədi.