Dünya futbolu

Azərbaycanlı məşqçi Türkiyə klubunu çalışdıracaq

Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyə Super Liqa təmsilçisi “Adanaspor”un idman direktoru təyin edilib. O, klubla 1 illik müqavilə bağlayıb.

İdmanxeber.com-un məlumatına görə, İbrahimov idman direktoru təyin edilsə də, Adana təmsilçisində baş məşqçi funksiyasını yerinə yetirəcək.

Belə ki, “Adanaspor”un artıq növbəti mövsümdən Türkiyə birinci liqasında çıxış edəcəyi dəqiqləşib. Türkiyə Futbol Federasiyasının əsasnaməsinə görə, bu liqada əcnəbi məşqçilərin çalışmasına icazə yoxdu. Məhz buna görə, İbrahimov Adana klubunda idman direktoru kimi işə götürülüb. Lakin o, burda baş məşqçi funskiyasını yerinə yetirəcək.

İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) olub. Mütəxəssis artıq 1 həftədi Adanadadı və komandanın məşqlərini izləyir. İbrahimov Türkiyə Super Liqasının “Başakşəhər” – “Adanaspor” oyununu (2:1) tribunadan izləyib.(komanda.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43