Dünya futbolu

“Azərreyl”in üzvü Serbiya klubuna keçdi

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu serbiyalı Danitsa Radenkoviç ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, voleybolçu “dəmiryolçular”la müqavilənin müddətini uzatmayıb.

D.Radenkoviç karyerasını Polşada davam etdirəcək. Azərbaycan Super Liqasının gümüş medalını qazanan toppaylayıcı Bakı təmsilçisi ilə birillik razılıq əldə etdiyi üçün yeni mövsümü “Muşinyanka”da davam etdirəcək.

Qeyd edək ki, D.Radenkoviç “Azərreyl”ə 2016/2017-ci il mövsümünün əvvəlində “Atom”dan transfer olunmuşdu. O, 2014-2015-ci illərdə isə “Muşinyanka” da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43