Kateqoriyasız

“Bərbad oynamağımız mənə təsir etdi” – Sənan Qurbanov

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

O, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyundan gözləntim çox idi. Amma əksini gördüm. Bərbad oynamağımız mənə təsir etdi. Hələ heç nə bitməyib. Rəqib meydanında qələbə qazana bilərik. Komanda 180 dərəcə dəyişməlidi. Bu qarşılaşma bizi düşünməyə vadar edir. Artıq çempionatda “Səbail”lə matça hazırlaşacağıq”.

Baş məşqçi rəqibin sayılmayan qolu barədə də danışıb: “Bunu mübahisə etmək olar. 1:2 hesabı ilə məğlub olmuşuq, səfərdə rəqibi bu hesabla üstələyə bilərik. Ən qısa zamanda komandaya müdaxilə etməliyəm. Yaxşı hücumçular var, qol vurmalıdılar. Sabahdan isə növbəti matçın hazırlığına başlamalıyıq. Əlimizi aşağı salıb dayanmamalıyıq”.

Çempionatda da qalib gələ bilmədiklərini xatırladan Qurbanov oyunçular tərəfindən özünə qarşı hər hansı kampaniya olduğunu düşünmədiyini söyləyib: “Görünən odu ki, futbolçular çempionatdan sonra bərpa ola bilmədilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Səbail” – “Neftçi”: START HEYƏTLƏR

admin

“Vorskla”nın kapitanı: “Azərbaycana heç vaxt getməmişəm”

admin

Mahir Emreli millinin düşərgəsini tərk etdi

admin