04 Dekabr 2024
Kateqoriyasız

“Bəxtimiz gətirsəydi, qalib gələrdik” –“Sürix”in baş məşqçisi

“Futbolçular belə vəziyyətlərdə diqqətli olmalı idi. Bu qədər asanlıqla qol buraxmamalısan. Matçın əsas vaxtından sonra hər şey xeyrimizə idi. Lakin sevinc çox çəkmədi. Sadə top itkisinə yol verdik və rəqib bizi əks-hücumda yaxaladı”.

İdmanxeber.az-ın məlumatına görə, məlumatına görə, bunu “Sürix”in baş məşqçisi Franko Foda İsveçrədə  cavab oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq isə ayıbdır”.

Qeyd edək ki,  “Köhlən atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşması isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43