Ölkə futbolu

Bəxtiyar Türkiyə klubundan ayrıldı: “Karyeramı Azərbaycanda davam etdirəcəm”

Türkiyə I Liqa təmsilçisi “Tuzlaspor”da çıxış edən Bəxtiyar Həsənalızadə klubdan ayrılıb.

Bu barədə İdmanxeber.az saytına oyunçunun özü məlumat verib. O, növbəti mövsüm Tuzla klubunda olmayacağını bildirib:

“Tuzlaspor”dan ayrılıram. Hazırda bununla bağlı rəsmi işlər gedir. Böyük ehtimalla karyeramı Azərbaycanda davam etdirəcəm. Hansı klubda çıxış edəcəyimə gələn ayın əvvəli aydınlıq gələcək”.

Xatırladaq ki, ötən mövsümü 16-cı bitirən “Tuzlaspor” II Liqaya düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43