Kateqoriyasız

“Bəzi oyunçularla artıq ilkin razılaşmalar var” – “Neftçi” rəsmisi

“Yeni futbolçuların transferi ilə bağlı uzun müddətdir danışıqlar gedir”.

İdmanxeber.az xəbər verir ki, bunu “Neftçi”nin idman direktoru Zaur Əzizov bu gün təşkil olunan mətbuat konfransında deyib.

Klub rəsmisi, yeni baş məşqçi Laurentsiu Regekampfla transferlərlə bağlı müzakirə apardıqlarını bildirib:

“Baş məşqçi ilə bir neçə gündür transfer mövzusunda müzakirə aparırıq. Bəzi oyunçularla artıq ilkin razılaşmalar var. Yeni oyunçuların uğurlu olması üçün əlimizdən gələni edirik. İnanırıq ki, onlar komandamıza kifayət qədər kömək edəcəklər”.

“Neftçi” Regekampfla 2 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Heç kim “Neftçi”yə gəlmək istəmir

admin

Kosovonun millimizə qarşı oynayacağı heyət açıqlandı

admin

AFFA rəsmisi Avopa çempionatının oyunlarına təyinat aldı

admin