05 Avqust 2021
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Bəziləri elə düşünür ki, Azərbaycan çempionatında oynamaq asandır” – “Neftçi”nin legioneri
Kateqoriyasız

“Bəziləri elə düşünür ki, Azərbaycan çempionatında oynamaq asandır” – “Neftçi”nin legioneri

“Neftçi”nin futbolçusu Yusuf Laval “Neftçi” TV-də yayımlanan “Piramida” verilişinin qonağı olub.

İdmanxeber.az xəbər verir ki, Laval, verilişdə Azərbaycan və Belçika çempionatlarını fərqləndirib:

“Bəziləri elə düşünür ki, Azərbaycan çempionatında oynamaq asandır. Amma belə deyil. Hər oyunda xal itirmək mümkündür. Belçika ilə Azərbaycan çempionatı arasında fərq odur ki, orada 16 komanda idi, burada 8. Belçikada hər komanda ilə 2 dəfə, burda isə 4 dəfə oynayırsan. Azərbaycan Premyer Liqası çətin liqadır. Burda hamı xal itirə bilər.

Azərbaycanda qarşılaşdığı ən çətin rəqibin “Zirə” olduğunu deyən 23 yaşlı yarımmüdafiəçi, ən sevdiyi futbolçunun da adını açıqlayıb:

“Ən sevdiyim futbolçu Obefami Martins idi. Uşaqlığımdan onun oyunlarını izləyirdim. Uşaqlar ona oxşadığıma görə mənə Obefami deyirdilər. Ən sevdiyim liqa Fransa çempionatı, ən sevdiyim komanda isə “Bordo”dur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” : “Şerif” matçının biletləri satışda

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin