Milli komanda

Bədavi Hüseynov milliyə qoşula bilməyəcək

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov zədəli olduğu üçün Azərbaycan milli komandasının bu gündən etibarən başlayan təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Toplanış çərçivəsində millimiz noyabrın 16-da Moldova, 20-də isə Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43