21 Sentyabr 2024
Ölkə futbolu

Bəhlul Mustafazadə: “Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək”

” Sabah bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir. Oyuna yaxşı hazırlaşmışıq. Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə sabah keçiriləcək “Dinamo” maçtı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri təhlil edib, nəticə çıxaraq. Təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq və növbəti oyunlarda təkrarlamayq.

Üzərimizdə heç bir təzyiq yoxdur. Çünki artıq bir neçə turdur ki, Çempionlar Liqasında oynayırıq. Sakitik. Təcrübəmiz var. Hər kəs sakitdir, hamı inanır. Ən önəmlisi də, daha sakit olmaqdır. Özüm də yaxşıyam. Daha yaxşı oyun göstərməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43