Nəriman Axundzadə “Braqa” – “Qarabağ” (2:4) görüşünün son dəqiqələrində real vəziyyətdən istifadə edə bilmədi.
İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfrasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 19 yaşlı oyunçu barədə fikirlərini bildirib:
“O, artıq meydanda ağlamağa başlamışdı. Bəlkə də o qolu vursaydı, daha gec böyüyəcəkdi. İndi daha tez böyüyəcək”.
Nəriman bu mövsüm bütün turnirlərdə 28 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.