08 Oktyabr 2024
Ölkə futbolu

Babək Quliyev Türkiyə millisinin oyununa təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə – Latviya oyununda hakimlərin işinə qiymət verəcək.

A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43