Avropa Liqasının ikinci təsəsnifat mərhələsi çərçivəsində sabah “Neftçi” ilə qarşılaşacaq Sloveniyanən “Koper” klubu bugün oyun öncəsi son məşqdən əvvəl sürprizlə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin 50-dən çox fanatı “Bakcell Arena”nın tribunalarından “Koper” əleyhinə şüarlar səsləndirib, onları fitə basıblar. Bu vəziyyətdən narahat olan sloveniyalılar azarkeşlərin stadiondan kənarlaşdırılmasını tələb edib. Bundan sonra “Neftçi” rəhbərliyi azarkeşləri çətinliklə də olsa arenadan kənarlaşdıra biliblər.