Ölkə futbolu

“Bakcell Arena”da gərginlik son həddə çatdı: XL fanatları özlərini “yandırdılar”

Hal-hazırda Premyer Liqanın XII turu çərçivəsində "Neftçi" – "Xəzər Lənkəran"ı qəbul edir.

Oyunun 40-cı dəqiqəsində qonaq komandanın futbolçusu Zouahir Benouahi qapıya doğru zərbə endirir.

Bu zaman "Neftçi"nin qapı arxasında 4-5 "Xəzər Lənkəran" azarkeşi peydə olub və onlar bu zərbəyə etirazlarını kəskin şəkildə bildirərkən necə deyərlər, özlərini "yandırıblar". Bunu görən "Neftçi" azakeşləri qonaq komandanın fanatlarına qarşı təhqiramiz ifadələr işlədib. Polislərin müdaxiləsindən sonra ara sakitləşib. Sözügedən fanatlar stadiondan çölə çıxarılıb.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43