Rusiya Futbol Federasiyası Fabio Kapello ilə müqavilə müddətini artırmaq qərarına gəlib.
Buna səbəb komandanın DÇ-2014-ün seçmə mərhələsində uğurlu çıxış edərək, birbaşa mundiala vəsiqə qazanması olub. Onunla 4 illik müqavilə imzalanacaq.
İtaliyalı baş məşqçinin vəkili 21-22 noyabrda Moskvaya gələrək, müqavilənin şərtlərini müzakirə edəcək.
Qeyd edək ki, DÇ-2014-ə vəsiqə qazanan Rusiya yığması Portuqaliya, İsrail, Azərbaycan, Şimali İrlandiya və Lüksemburqun yer aldığı qrupdan 22 xalla qrup lideri olub.