Ölkə futbolu

“Bakcell Arena”da qarşıdurma: Qan axdı, söyüş söyüldü

Az öncə yekunlaşan “Neftçi” – “Qəbələ” oyunundan sonra xoşagəlməz hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra hər iki klubun azarkeşləri arasında insident baş verib. İlk öncə söyüşlə başlayan insident, daha sonradan əlbəyaxa davaya çevrilib. 

“Qəbələ” azarkeşləri “Neftçi” azarkeşlərindən birinə daş ataraq, kəlləsini yarıblar. Həkim müayinəsindən sonra başı yarılan azarkeş evinə buraxılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43