27 Dekabr 2024
İdman

“Bakı-2015”: Bu gün hansı idmançılarımız yarışacaq?

Bu gün Azərbaycan idmançıları “Bakı-2015” I Avropa Oyunlarının bir sıra yarışlarında iştirak edəcək.

İdmanxeber.com-un “Bakı-2015.com”a istinadən yaydığı xəbərə görə, təmsilçilərimiz ümumilikdə 4 idman növü üzrə mübarizə aparacaq.

Bu gün yarışacaq idmançıların siyahısını təqdim edirik.

Qılıncoynatma, saat 09:00-dan etibarən
Qılıncoynadan Məryəm və Nübar Məlikova bacıları, qadınlar arasında şpaqa ilə komanda yarışışında çıxış edəcəklər. 16 yaşlı ən gənc idmançı Cavanşır Ağakişiyev isə kişilər arasında sablya üzrə mübarizəyə qoşulacaq.


Cüdo, saat 14:50-dan etibarən

Dünya reytinqi cədvəlində 3-cü yerdə olan Səbinə Abdullayeva qadınların 57 kq-adək çəki dərəcəsində gözdən əlil idmançılar arasında qızıl medal uğrunda yarışacaq.

Kişilər arasında isə, müharibə əlili olan və adətən 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan görmə məhdudiyyətli İlham Zəkiyev, Bakı 2015 ilk Avropa Oyunlarında 90 kq-dan yuxarı çəkidə qızıl medal uğrunda rəqibə qarşı görüş keçirəcək.

Boks yarışı, saat 18:45-dən etibarən
Yüngülvari çəki dərəcəsində olan azərbaycanlı boksçu Elvin Məmişzadə, italiyalı rəqibi Vikenzo Pikardi ilə üz-üzə gələcək. Növbəti mərhələdə isə, daha çox Lorenzo adı ilə tanınan Azərbaycanı təmsil edən Kollazo Sotomayor, digər italyan rəqibi Vikenzo Manqiakapre ilə birinci yarım-orta çəki dərəcəsində qızıl medal uğrunda yarışacaq.

Çimərlik futbolu, saat 20:30-dan etibarən

Çimərlik Arenasında kişilər arasında çimərlik futbolu üzrə mübarizənin A qrupunda Azərbaycan – Portuqaliya qarşılaşması baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43