27 Dekabr 2024
İdman

“Bakı-2015”: Bu gün hansı idmançılarımız yarışacaq?

Bu gün Azərbaycan idmançıları “Bakı-2015” I Avropa Oyunlarının bir sıra yarışlarında iştirak edəcək.

İdmanxeber.com-un “Bakı-2015.com”a istinadən yaydığı xəbərə görə, təmsilçilərimiz ümumilikdə 5 idman növü üzrə mübarizə aparacaq.

Bu gün yarışacaq idmançıların siyahısını təqdim edirik.

Qılıncoynatma yarışları, saat 9:00-dan etibarən

Cümə axşamı, qadınlar arasında fərdi sablya yarışlarında müvafiq olaraq gümüş və bürünc medal qazanan Azərbaycanlı əkiz bacılar Sevil və Sevinc Bunyatova sablya üzrə komanda yarışlarında da medal qazanmağa iddialıdırlar. Bu məqsədlə onlar, saat 09:30-da Bakı Kristal Zalda dörddəbir final mərhələsi çərçivəsində Ukraynanı təmsil edən güclü komanda ilə mübarizə aparacaqlar.
Cüdo yarışları, saat 12:24-dən etibarən   

Bu gün saat 13:54-də, 100 kq-adək çəki dərəcəsi üzrə kişilər arasında cüdo yarışında, Avropa Çempionatlarının gümüş və bürünc medalçısı, yerli idmançı Elmar Qasımov meydana çıxacaq.

Voleybol yarışları, saat 16:00-dan etibarən
Saat 16:00-da Bakı Kristal Zalda qadınlardan ibarət Azərbaycan komandası bürünc medal uğrunda Serbiya  ilə mübarizə aparacaq. Həmyerlilərimizdən yerli azarkeşlərin qarşısında qələbə qazanmağı bacararsa, bu, onların beynəlxalq voleybol yarışlarında ilk medalı olacaq.
Boks yarışları, saat 18:00-dan etibarən

Bakı Kristal Zalda şənbə günü keçirilməsi planlaşdırılan boks yarışlarının finalında bütün dörd çəki üzrə Azərbaycan idmançıları mübarizə aparacaqlar. İlk olaraq mübarizəyə saat 18:15-də 60 kq çəkidə Albert Səlimov qatılacaq. Onun ardınca isə mübarizəyə 69 kq, 75 kq və 91 kq çəkilərdə Parviz Bağırov, Xaybula Musalov, Abdulqədir Abdullayev qoşulacaq.

Üzgücülük yarışları, saat 09:30-dan, final yarışları isə 17:30-dan etibarən  

Bakı 2015 ilk Avropa Oyunlarının sonuncu günü Bakı Su İdmanı Mərkəzində yerli azakeşlər, kişilərin üzgüçülük idmanı üzrə 4×100 metr məsafəyə kompleks ötürmə kateqoriyasında keçiriləcək yarışlarında yerli idmançıları dəstəkləyəcəklər. Onlar Rusiya, Böyük Britaniya və Almaniya güclü komandalarla mübarizə aparacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43