İspaniyada təlim-məşq toplantısı keçirən “Bakı”nın U-14 komandası bu gün ilk yoxlama oyununa çıxıb və meydanı qalibiyyətlə tərk edib.
Səhər “Atletiko”nu bazasında məşq edən U-14 komanda üzvləri axşam saatlarında yoldaşlıq oyunu çərçivəsində Madridli həmyaşıdları ilə qarşılaşıblar. Şakir Seyidov və Mirnahid Quliyevin qolları ilə 2:1 hesablı qələbə qazanan bakılılar göstərdiyi səviyyəli oyunla diqqətləri cəlb etdiyi vurğulanır.
Sabah U-14-ün üzvləri Madridə ekskursiyaya çıxacaqlar, axşam isə Visente Kalderon stadionunda “Atletiko”nun ev oyununu izləyəcələr.