19 Fevral 2025
Kateqoriyasız

“Bakı” borcları ödəməyə başladı

“Bakı”nın futbolçularına olan borclar qaytarılmağa başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Topaz Premyer Liqasının 2-ci turunun “Neftçi” ilə oyunundan sonra klub rəhbərliyi oyunçulara maaşlarını verməyə başlayıb.

Onlar oyundan dərhal sonra bazaya gedərək, pullarını alıblar. Amma rəhbərlik hələlik, onlara olan borcun 30 faizini ödəyib. Yaxın günlərdə qalan borcun da qaytarılması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43