19 Fevral 2025
Kateqoriyasız

“Bakı” dağılır (?): “Çempionatdakı iştirakımız sual altındadı”

“Bakı” futbol klubunun fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlara klubun icraçı direktoru Yaşar Seyidov münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, klub rəsmisi maliyyə sıxıntısının olduğunu etiraf edib.

Seyidov saytımıza açıqlamasında bunları dedi:

“Düzdü, hazırda maliyyə sıxıntısı var. Ancaq deyim ki, bu dəqiqə komanda məşq edir və mən də klubun bu məşqini izləyirəm. Əgər yaxın günlərdə bu məsələ həllini tapmasa o zaman çempionatda iştirakımnız sual altında olacaq. Etiraf edim ki, məlum porblemlər bizə çətinlik yaradır. Yəni, çempionatda iştirakımız sual altındadı. Əgər maddi sıxıntımız öz həllini tapmasa çempionatda iştirak edə bilməyəcəyik”.

AFFA-nın “Bakı”ya köməklik edəcəyi ilə bağlı verdiyi vədinə niyə əməl etməməsi ilə bağlı sualımızı Seyidov belə cavablandırdı:

“AFFA bizə bəzi məsələlərdə köməklik edəcəyini bildirmişdi. Buradan Elxan Məmmədova da öz təşəkkürümü bildirirəm. AFFA bizə bütün məsələlərdə yox, bir qisminin həllinə söz vermişdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43