Gözlənilməz vəziyyətdə Mindauqas Kalonası transferə çıxaran “Bakı” deyəsən səhvini anlayıb.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, “zolaqlılar” litvalı “snayperi”ni geri qaytarmaq fikrinə düşüb. Məsələ burasındadır ki, Kalonası bir səbəb olmadan transferə çıxaran paytaxt klubu litvalıya özünə komanda tapmaq tapşırığı vermişdi. Ancaq nədənsə “Bakı” onu yenidən heyətinə qaytarmağı düşünür.
Klubun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov saytımıza açıqlamasında sadəcə bunu dedi: “Bilmək olmaz. Hər şey ola bilər”.