Ölkə futbolu

“Bakı” ilə müqavilə imzalayıb, Türkiyəyə “qaçdı”

Paytaxtın "Bakı" klubu futbolçusu Nurlan Novruzovla bağlı yekun qərarını verib.

Son altı ay icarə əsasında "Sumqayıt"da top qovan Novruzov yetirməsi olduğu klubla 2018-ci ilə kimi qüvvədə olacaq müqaviləyə qol çəkib.

Bundan əlavə, gənc futbolçunun avropaya getmək arzusu da reallaşıb. O, Türkiyənin PTT birinci liqa təmsilçisi "Fəthiyəspor"a icarə əsasında keçib. Futbolçu qarşıdakı iki ili bu klubda keçirəcək.

Xatırladaq ki, Nurlanın "Fəthiyəspor"a keçidi uzun müddət gündəmdə idi. Hətta, hücumçu sözügedən klubda baxışdan da keçmişdi. Sadəcə o, bir sıra problemlərə görə, vətənə qayıtmağa məcbur olmuşdu. 

Artıq onun türk klubuna keçməsinə heçnə mane ola bilməz. Novruzov "Bakı" ilə 2018-ci ilə qədər olan müqaviləsinin iki ilini "Fəthiyəspor"da keçirəcək. Bu barədə forvardın özü idmanxeber.com-a deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43