Bakının “İnter” klubu Bolqarıstandan futbolçu transfer edir.
Bolqarıstan mətbuatının yaydığı xəbərə görə, “bankirlər” sözügedən ölkənin iddialı klubu olan “Levski”nin mərkəz hücumçusu Svetan Genkovu rənglərinə bağlamaq istəyir.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Genkov Bolqarıstan millisinin də şərəfini qoruyub. O, əsas millidə 18, 21 yaşıllarda isə 9 oyuna çıxıb, 3 qol vurub.