Dünən Bakı “İnter”inin Müşahidə Şurasının iclası keçirilib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda “İnter” klubunun yeni idman direktoru Roland Vroomans Müşahidə Şurasının üzvlərinə təqdim olunub. R.Vroomans iş planı barədə məlumat verib. İclasda növbəti 5 il üçün iş planı barədə də fikir mübadiləsi aparılıb.