Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bank təmsilçisi Elvin Məmmədov və Mirzağa Hüseynpurun ardından “Sumqayıt”dan Məhəmməd Mirzəbəyovu da rənglərinə bağlayıb.
Yeni mövsümdən etibarən yerli futbolçularla bağlı qəbul olunmuş limit məsələsinə görə, “bankirlər” məhz gənc yerli futbolçuları komandaya cəlb edir. “İnter” Mirzəbəyovla 1 illik müqavilə imzalayacaq.