“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin komandada qalıb-qalmayacağı ilə bağlı söz-söhbət davam edir.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, gürcüstanlı çalışdırıcı mayda bitəcək müqaviləsini yeniləyəcək.
Sxadadze “bankirlər”lə daha bir illik müqaviləyə imza atacaq. Bu müqavilənin rəsmiləşməsi isə mövsümün bitiminə 2-3 tur qalmış baş verəcək.